“Sağlam həyat” layihəsi Lökbatanda - FOTO

Xəbərlər
23 Aprel 2025 14:26
253
“Sağlam həyat” layihəsi Lökbatanda - FOTO

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” layihəsi keçirilib.

İdman.biz xəbər verir ki, idmanın müxtəlif növlərini əhatə edən tədbirdə Qaradağ rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri də fəal iştirak ediblər.

Tədbirdə ümumilikdə 100-dək uşaq və yeniyetmə iştirak edib. Onlar müxtəlif idman yarışlarında və fiziki fəaliyyətlərdə öz bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, tədbirin sonunda fəal iştirakçılar sertifikatlarla təltif olunublar.

İdman.biz

Məqalədə: