“Sağlam həyat” Nərimanov rayon parkında - FOTO

Xəbərlər
23 Aprel 2025 20:42
123
“Sağlam həyat” Nərimanov rayon parkında - FOTO

Bu gün Nərimanov rayon parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, tədbir zamanı park ərazisində müxtəlif idman zonaları qurulub.

İştirakçılar arasında fiziki fəallığın artırılması məqsədilə açıq hava məşqləri və müxtəlif idman qurğularında yarışlar keçirilib. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan fəaliyyətlər sağlam həyat tərzinin təbliği baxımından mühüm əhəmiyyət daşıyıb.

Sonda aktiv iştirakçılara sertifikatlar təqdim edilib.

İdman.biz