Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 28 aprel - 4 may tarixlərində paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
🔹 Elektron idman növləri üzrə (Valorant) Liqa I mövsüm (Muğam Liqası) – 10 aprel – 10 may (Bakı);
🔹 Tennis üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Avropa və beynəlxalq tennis turnirləri (12-18 yaşlararası və 18-dən yuxarı) – 19 aprel - 8 iyun (Bakı);
🔹 Şahmat üzrə “Baku Open” beynəlxalq turniri – 20-30 aprel (Bakı);
🔹 Şahmat üzrə veteranlar arasında ölkə çempionatı – 20-30 aprel (Bakı);
🔹 Həndbol üzrə kişilər və qadınlar arasında ölkə kuboku – 26 aprel - 28 may (Bakı);
🔹 Xətai rayon məktəbliləri və onların valideynləri arasında "Sevirsənsə, idmanı, gətir ata, ananı" devizli estafet oyunları - 28 aprel, saat 10:00 (260 nömrəli tam orta məktəb);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə qızlardan ibarət komandalar arasında voleybol üzrə Yasamal rayon turniri - 28-29 aprel, saat 10:00 (2 nömrəli Bakı Baza Tibb Kolleci);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Qaradağ rayon məktəbliləri arasında atletika turniri - 29 aprel, saat 10:00 (Qaradağ TİB);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Xətai rayon məktəbliləri arasında badminton turniri - 30 aprel, saat 10:00 (260 nömrəli tam orta məktəb);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında voleybol üzrə Yasamal rayon turniri - 30 aprel - 1 may, saat 10:00 (2 nömrəli Bakı Baza Tibb Kolleci);
🔹 Stolüstü tennis üzrə ölkə çempionatı (U19, U15) – 30 aprel - 3 may (Bakı);
🔹 Bədii gimnastika üzrə Avropa Kuboku – 1-4 may (Bakı);
🔹 Üzgüçülük üzrə Heydər Əliyev turniri – 1-4 may (Su İdmanı Sarayı və Gəncə İdman Sarayı);
🔹 Yelkən növü üzrə “Baku Cup” yarışı – 1-4 may (Bakı);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında minifutbol turniri - 1-6 may, saat 10:00 (264 nömrəli tam orta məktəb və Heydər Əliyev liseyi);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında 3x3 basketbol üzrə Yasamal rayon turniri - 2 may, saat 10:00 (Azərbaycan Texniki Universitetin İdman Sarayı);
🔹 Badminton üzrə U13 ölkə birinciliyi – 2-5 may (Bakı);
🔹 100 xanalı dama üzrə oğlanlar və qızlar arasında (gənclər (2006-2008), kadetlər (2009-2011), kiçik kadetlər (2012-2014), ümidlər (2015) və daha aşağı) ölkə birinciliyi – 2-12 may (Bakı);
🔹 "Sağlam həyat" layihəsi çərçivəsində nümunəvi çıxışlar - 3 may, saat 11:00 (Nəsimi rayon Azərbaycan Tibb Universitetinin ərazisi);
🔹 Uşaq və yeniyetmələr arasında şahmat üzrə Nəsimi rayon turniri - 3 may, saat 11:00 (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-İdman Məktəbi);
🔹 Uşaq, yeniyetmə və gənclər arasında alpaqut turan döyüş sənəti üzrə Bakı şəhər turniri - 3 may, saat 11:00 (Şağan Olimpiya İdman Kompleksi);
🔹 Cüdo üzrə yeniyetmə oğlanlar və qızlar arasında Avropa Kuboku – 3-4 may (Azərbaycan, TBC);
🔹 Dövlət qurumları arasında basketbol yarışı – 3-4 may (Avropa Oyunları Parkı);
🔹 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə Sabunçu rayon klublararası yoldaşlıq turniri - 3-4 may, saat 10:00 (Balaxanı İdman Zalı);
🔹 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbə oğlanlardan ibarət komandalar arasında minifutbol üzrə Yasamal rayon turniri - 3-5 may, saat 14:00 (Bakı Dövlət Universiteti).
İdman.biz