Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
28 Aprel 2025 18:14
139
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 28 aprel - 4 may tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol üzrə Abşeron rayon kuboku - 1-10 may, saat 10:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kadetlər, yeniyetmələr və gənclər arasında kikboksinq üzrə Sumqayıt şəhər birinciliyi (oğlan, qız) – 2-4 may, saat 10:00 (Sumqayıt Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə nümunəvi çıxışlar - 2 may, saat 15:00 (Xızı şəhər, Sitalçay hərbi şəhərcik).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "Şəhərdən kəndə" layihəsi çərçivəsində 3x3 basketbol üzrə oğlanlar arasında İsmayıllı rayon turniri – 1-2 may, saat 11:00 (İsmayıllı rayon, Basqal qəsəbə tam orta məktəbi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə gənclər arasında futbol üzrə Qobustan rayon turnirinin final mərhələsi – 1-10 may, saat 16:00 (Qobustan İdman Kompleksi);
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş kəndirlə mübarizə idman növü üzrə kollec tələbələri arasında yarış – 2 may, saat 12:00 (İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci);
- 2011-2013-cü il təvəllüdlü məktəbli yeniyetmələr arasında minifutbol üzrə Şamaxı rayon turniri – 2-3 may, saat 10:00 (Şamaxı şəhər 9 saylı tam orta məktəbin stadionu).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş atletika üzrə Goranboy rayon turniri - 1 may, saat 14:30 (Goranboy Olimpiya İdman Kompleksi).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə 6-16 yaşlı oğlan və qızlar arasında rayon turniri – 1-8 may, saat 14:30 (Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin binası).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş 2010-2011-ci il təvəllüdlü məktəbli oğlanlar arasında həndbol üzrə rayon turniri - 29 aprel, saat 10:00 (Ağstafa rayon Ə.Hüseynov adına şəhər 1 saylı tam orta məktəbi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə açıq rayon birinciliyi - 29-30 aprel, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Boks üzrə 2010-2011, 2012-2013-cü il təvəllüdlü idmançılar arasında açıq rayon turniri - 30 aprel - 3 may, saat 11:00 (Qazax Olimpiya İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində veloyürüş - 29 aprel, saat 16:00 (Qusar şəhər Ranço istirahət zonası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə kütləvi idman tədbiri - 30 aprel, saat 11:00 (Şabran şəhər 4 nömrəli tam orta məktəbin açıq tipli idman meydançası);
- Xaçmaz rayon orta ümumtəhsil məktəblərinin 2012-2013-cü il təvəllüdlü oğlan şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş minifutbol üzrə rayon birinciliyinin Xudat zonası üzrə mərhələsi - 1-2 may, saat 9:00 (Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən minifutbol meydançası);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş atletika üzrə Quba rayon birinciliyi - 2 may, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş futbol üzrə ümumtəhsil məktəblərin komandaları arasında Lerik rayon turniri - 29 aprel - 4 may, saat 10:00 (Lerik rayon stadionu);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Qızıl Top” adlı idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə Lənkəran rayon turniri - 1-3 may, saat 19:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumtəhsil məktəblilərinin komandaları arasında voleybol üzrə rayon turniri - 1-2 may, saat 10:00 (Masallı Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 2 may, saat 10:00 (Lerik şəhər Heydər Əliyev meydanı);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş yeniyetmə və gənclər arasında cüdo üzrə Lənkəran-Astara regionun açıq birinciliyi - 3 may, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 3 may, saat 10:00 (Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 3 may, saat 11:00 (Lənkəran şəhər Heydər Əliyev adına xatirə parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 3 may, saat 11:00 (Astara Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 7 may, saat 10:30 (Yardımlı rayon Sahil stadionunda).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Kanoe və avarçəkmə üzrə (bütün növlər) “Prezident Kuboku” beynəlxalq turniri – 28 aprel - 3 may (Mingəçevir);
- Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümü münasibətilə bələdiyyələr arasında “Bələdiyyə Kuboku” - 29 aprel - 8 may, saat 10:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şahmat üzrə rayon turniri - 1-7 may, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında futzal üzrə rayon turniri - 1-10 may, saat 14:00 (Göyçay Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında kikboksinq üzrə rayon turniri - 3-4 may, saat 10:00 (Kürdəmir Olimpiya İdman Kompleksi).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş basketbol üzrə məktəblilər arasında Beyləqan rayon turniri - 30 aprel, saat 10:00 (Beyləqan şəhər 8 nömrəli tam orta məktəb);
- Kəndlərdə idmanın kütləviliyini artırmaq üçün tədbir - 1 may, saat 12:00 (Saatlı rayonu R.Səfərov adına Qara Nuru kənd tam orta məktəb).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında futbol üzrə rayon turniri - 18-30 aprel, saat 15:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 25 aprel - 7 may, saat 19:00 (Zaqatala rayon şimşək stadionu);
- Azyaşlılar arasında "Sağlam həyat" günləri - 1 may, saat 10:00 (Qax şəhər 2 saylı məktəb-lisey);
- Yeniyetmələr arasında voleybol üzrə rayon birinciliyi - 1-10 may, saat 10:00 (Oğuz rayon 3 saylı məktəb-lisey).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Beynəlxalq Stolüstü Tennis Günü münasibətilə yeniyetmə idmançılar arasında stolüstü tennis üzrə şəhər turniri – 29-30 aprel, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon turniri - 1-5 may, saat 10:00 (Neftçala rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş 6-16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə səhər birinciliyi - 1-8 may, saat 12:00 (Hacıqabul rayon Uşaq-Gənclər Şahmat-İdman Məktəbi).

İdman.biz