Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, 28 aprel - 4 may tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 64 xanalı dama üzrə oğlanlar və qızlar (gənclər, kadetlər, kiçik kadetlər, ümidlər və daha aşağı) arasında Avropa birinciliyi – 20-29 aprel (Türkiyə, Kəmər);
🔹 Sambo üzrə gənclər, yeniyetmələr, kadetlər (kişilər) arasında Avropa çempionatı və birincilikləri – 22-28 aprel (Kipr, Limasol);
🔹 Akademik avarçəkmə üzrə “Meric” beynəlxalq reqatası – 23-28 aprel (Türkiyə, Edirne);
🔹 Aerobika gimnastikası üzrə Dünya Kuboku – 23-28 aprel (Yaponiya, Suzuki);
🔹 Bədii gimnastika üzrə Dünya Kuboku – 23-28 aprel (Özbəkistan, Daşkənd);
🔹 Kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku – 23-29 aprel (Misir, Qahirə);
🔹 Bədii gimnastika üzrə “Keti Cup2025” beynəlxalq turniri – 24-28 aprel (Gürcüstan, Tbilisi);
🔹 Minifutbol üzrə “EMF Nations Games 2025 EMF Nations Games 2025” – 30 aprel - 1 may (Slovakiya, Koşitse);
🔹 Dressaj üzrə Qələbə kubokunun finalı – 30 aprel - 4 may (Moskva);
🔹 Qılıncoynatma üzrə (sablya) qadınlar arasında Qran-Pri yarışı – 30 aprel - 4 may (Koreya, Seul);
🔹 Avropa üzrə uşu çempionatı – 30 aprel - 5 may (Yunanıstan);
🔹 Bodibildinq və fitnes üzrə kişilər və qadınlar arasında Avropa çempionatı – 30 aprel - 5 may (İspaniya, Santa Susanna);
🔹 Ağırlıqqaldırma üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyi – 30 aprel - 6 may (Peru, Lima);
🔹 Bədii gimnastika üzrə beynəlxalq turnir – 1-5 may (Özbəkistan, Daşkənd);
🔹 Cüdo üzrə (gənc oğlanlar və qızlar arasında, kişilər, qadınlar) Böyük Dəbilqə – 2-4 may (Tacikistan, Düşənbə);
🔹 Sərbəst və qadın güləşi üzrə "Zəfər Cup" beynəlxalq turniri – 2-4 may (Türkiyə, Antalya);
🔹 Cüdo üzrə (gənc oğlanlar və qızlar, kişilər, qadınla) Okeaniya açıq turniri – 3 may (Avstraliya, Mandurah);
🔹 Cüdo üzrə gənc oğlanlar və qızlar arasında Avropa Kuboku – 3-4 may (Türkiyə, TBC);
🔹 Trek üzrə"GP Guard Velodrome" beynəlxalq velosiped yarışı (Elit/U23/Junior) (CL 2) – 3-4 may (Çexiya).
İdman.biz