Gənclər və İdman Nazirliyi və Braziliyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə Bakıda beynəlxalq seminar keçirilib.
İdman.biz xəbər verir ki, 4 gün davam edən seminarda Azərbaycanla yanaşı, Malta, Rusiya və Türkiyədən kapoeyraçılar iştirak ediblər.
Tədbirdə 300-ə yaxın iştirakçı yer alıb və seminarın sonunda onlara sertifikatlar təqdim olunub. Həmçinin Finlandiya və Türkiyədən dəvət olunan ustadların rəhbərliyi ilə iştirakçılara yeni kəmər dərəcələri verilib.
İdman.biz