Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
14 Noyabr 2023 11:20
137
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi regionlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, noyabrın 13-19-da bölgələrimizdə müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Yunan-Roma güləşi üzrə Sumqayıt şəhər çempionatı - 14-15 noyabr, saat 16:00 (Sumqayıt şəhəri, 33 nömrəli tam orta məktəb);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ümumtəhsil müəssisələri arasında rayon birinciliyi - 15 noyabr, saat 10:00 (Abşeron rayonu, Xırdalan şəhəri, 3 nömrəli tam orta məktəb);
- “17 Noyabr – Milli Dirçəliş günü”nə həsr edilmiş şahmat üzrə 8, 10, 12, 14, 16 yaşadək oğlanlar və qızlar arasında şəhər birinciliyi – 16-20 noyabr, saat 10:00 (“Təhsil” RİM Sumqayıt şəhər 2 nömrəli UGİŞM);
- Sərbəst güləş üzrə Sumqayıt şəhər çempionatı – 17-18 noyabr, saat 10:00 (Sumqayıt şəhəri, 33 nömrəli tam orta məktəb).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə rayon turniri - 13 noyabr, saat 10:00 ("Orta əsr Ağsu şəhəri" Dövlət Tarix - Mədəniyyət Qoruğu);
- "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə 3x3 basketbol üzrə məktəbli qızlar arasında rayon birinciliyi - 14-15 noyabr, saat 10:00 (İsmayıllı rayonu, 4 saylı tam orta məktəb);
- Sərbəst güləş üzrə yeniyetmə və gənclər arasında "Zəfər" turniri - 14 noyabr, saat 15:00 (Qobustan rayon UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Qaçış hamı üçün" idman tədbiri - 17 noyabr, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- "Heydər Əliyev İli"nə həsr olunmuş qrapplinq idman növü üzrə master-klas - 18 noyabr, saat 15:00 (Şamaxı İdman klubu).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "17 Noyabr - Milli Dirçəliş Günü" münasibətilə şahmat üzrə şəhər birinciliyi - 10-17 noyabr, saat 15:00 (Naftalan şəhər stadionu);
- Şahmat üzrə yeniyetmə idmançıların Gəncə şəhər birinciliyi birinciliyi - 16 noyabr, saat 10:00 (Gəncə şəhəri, 2 nömrəli UGİŞM);
- "Heydər Əliyev İli" çərçivəsində “17 Noyabr - Milli Dirçəliş Günü” münasibətilə ümumtəhsil məktəbləri arasında stolüstü tennis üzrə Daşkəsən rayon birinciliyi - 16-17 noyabr, saat 14:00 (Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində basketbol üzrə nümunəvi çıxışlar - 18 noyabr, saat 14:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 18 noyabr, saat 17:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Gimnastika üzrə nümunəvi hərəkətlər - 13 noyabr, saat 15:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- “Milli Dirçəliş Günü”nə həsr olunmuş voleybol üzrə qızlar arasında rayon turniri – 15-16 noyabr, saat 10:00 (Ağcabədi rayonu, M.F.Axundov adına şəhər 3 saylı məktəb-lisey);
- Qarakənd üzərində helikopterdə həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında güllə atıcılığı (pnevmatik tüfəngdən) üzrə Xll ənənəvi turnir - 16-17 noyabr, saat 10:00 (Bərdə rayonu, S.Behbudov adına şəhər 6 nömrəli tam orta məktəb);
- Yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri - 17 noyabr, saat 15:00 (Füzuli rayonu, Horadiz şəhəri UGİŞM).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Stolüstü tennis hamı üçün" idman tədbiri - 17 noyabr, saat 11:00 (Tovuz Gənclər Evi sosial xidmət müəssisəsi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Sərbəst güləş hamı üçün" idman tədbiri - 17 noyabr, saat 11:00 (S.Şükürova adına Ağstafa şəhəri 3 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Boks hamı üçün" idman tədbiri - 17 noyabr, saat 12:00 (Gədəbəy rayonu, “Zəki” İdman Klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Atletika hamı üçün" idman tədbiri - 17 noyabr, saat 17:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- “Heydər Əliyev İli”nə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə region birinciliyi - 18 noyabr, saat 10:00 (Qazax Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- “İdman hami üçün” layihəsi çərçivəsində “Badminton hamı üçün” nümunəvi çıxışlar - 13 noyabr, saat 10:00 (Siyəzən rayonu, 3 nömrəli orta məktəb);
- Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müəllimlər arasında şahmat üzrə açıq Şabran rayon birinciliyi - 13-16 noyabr, saat 11:00 (Şabran rayonu, Ağsaqqallar evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yeniyetmələr arasında veloyürüş - 14 noyabr, saat 11:00 (Qusar rayonu, “TERRENKUR” sağlamlıq cığırı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” nümunəvi çıxışlar - 15 noyabr, saat 15:00 (Quba Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində karate üzrə nümunəvi çıxışlar - 16 noyabr, saat 17:00 (Xaçmaz Şəxsiyyətlər Muzeyinin ərazisi, karate idman zalı).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- “İdman Hamı Üçün” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə kütləvi açıq idman tədbiri - 18 noyabr, saat 15:00 (Lənkəran rayonu, Z.Əliyeva küçəsi "Sağlam məhəllə" idman zonası);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Futbol hamı üçün” təlim məşqləri - 17 noyabr, saat 16:00 (Astara rayonu, Ojəkəran kənd futbol meydançası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində həndbol üzrə nümunəvi çıxışlar - 17 noyabr, saat 15:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- Masallı rayon tam orta və ümumi orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri ilə görüş - 14 noyabr, saat 11:00 (Masallı rayonu, “Masdallı Gənclər Evi” SXM);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Kinqboksinq hamı üçün” idman tədbiri - 18 noyabr, saat 10:00 (Masallı rayonu, Masallı Regional Boks Mərkəzinin qarşısı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində güləş üzrə master-klas - 16 noyabr, saat 16:00 (Lerik rayonu, 3 saylı tam orta məktəb).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və Şanlı Zəfər tariximizə həsr olunmuş minifutbol üzrə rayon çempionatı - 8-30 noyabr, saat 16:00 (Zərdab rayonu, minifutbol stadionu);
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 15 noyabr, saat 17:00 (Mingəçevir şəhəri, boks idman zalı).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş minifutbol üzrə idarə, təşkilatlar və bələdiyyələr arasında rayon birinciliyi - 10-30 noyabr, saat 15:00 (Qax rayonu, mərkəzi stadion);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat üzrə rayon birinciliyi - 14-17 noyabr, saat 15:00 (Balakən Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə idarə, müəssisə və təşkilatlar arasında rayon birinciliyi - 15 noyabr - 12 dekabr, saat 16:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- Qızlar arasında voleybol üzrə birincilik - 16-17 noyabr, saat 10:00 (Oğuz rayon 3 saylı məktəb-lisey);
- Şahmat üzrə qruplar arası daxili birincilik - 18-19 noyabr, saat 10.00 (Şəki Uşaq-Gənclər Şahmat-İdman məktəbi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Şahmat hamı üçün" tədbiri - 13 noyabr, saat 10:00 (Cəbrayıl rayonu. Biləsuvar rayonu, 1 saylı Cəbrayıl qəsəbəsi, 8 nömrəli tam orta məktəb);
- Kikboksinq üzrə ustad dərsləri və nümunəvi çıxışlar - 15 noyabr, saat 10:00 (Kəlbəcər rayonu. Gəncə şəhəri, Abbas səhhət küçəsi, 44 nömrəli tam orta məktəb);
- Sərbəst güləş üzrə ustad dərsləri və nümunəvi çıxışlar - 16 noyabr, saat 10:00 (Zəngilan rayonu. Abşeron rayonu, Masazır qəsəbəsi);
- 3x3 basketbol üzrə Zəngilan rayon birinciliyi - 18-19 noyabr, saat 10:00 (Zəngilan rayonu. Binəqədi rayonu, Zəngilan 4 nömrəli tam orta məktəb).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Üzgüçülük hamı üçün” devizi altında nümunəvi çıxışlar – 15 noyabr, saat 15:00 (Salyan Olimpiya İdman Kompleksi);
- "Hacıqabul" FK və "Mil Beynəlxalq" FK arasında Region Liqasının I tur oyunu - 18 noyabr, saat 15:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında sərbəst güləş üzrə şəhər birinciliyi - 18-19 noyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Şəhid Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq rayon birinciliyi - 19 noyabr, saat 10:00 (Biləsuvar Olimpiya İdman Kompleksi);
- Şəhid Camal Səmədovun xatirəsinə həsr olunmuş MMA üzrə açıq rayon birinciliyi - 19 noyabr, saat 10:00 (Neftçala rayonu, Xol Qarabucaq kəndi Mədəniyyət Evi).

İdman.biz