Bakıda “Triterra Baku Triatlon” klubunun təşkilatçılığı ilə mövsümün növbəti şaquli qaçış yarışı (SKYWinD) keçirilib.
İdman.biz xəbər verir ki, “Çinar Plaza” biznes mərkəzində təşkil olunan yarışda 50 iştirakçı birincilik uğrunda mübarizə aparıb.
Hər kəs 33 mərtəbə, 667 pilləkən və 122 metr məsafəni uğurla qət edib.
Yekunda kişilərin yarışında ötən ilki turnirin qalibi Cəlal Süleymanov (3 dəqiqə, 42 saniyə) üçüncü, Nikita Sıtov isə ikinci (3 dəqiqə, 31 saniyə) yeri tutub. 33 mərtəbəni 3 dəqiqə 28 saniyəyə qət edən Aleksandr Yatsenko yarışın qalibi adını qazanıb.
Qadınların yarışında 5 dəqiqə 7 saniyə nəticə ilə İndira Mütəllibzadə üçüncü yerdə qərarlaşıb. Yarışı ikinci yerdə başa vuran Nataliya Vallek 4 dəqiqə 57 saniyə ilə gümüş medal qazanıb. Qadınların yarışında birinci yerə Tomris Mütəllibzadə layiq görülüb. O, bütün rəqiblərini qabaqlayaraq 4 dəqiqə 45 saniyə göstərici ilə birinci pilləyə yüksəlib.
Qeyd edək ki, Tomris Mütəllibzadə yarışda üçüncü yeri tutan İndira Mütəllibzadənin qızıdır.
İdman.biz