Azərbaycanın daha bir parataekvondoçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında fəxri kürsüyə yüksəlib.
İdman.biz xəbər verir ki, milli üzvü Əbülfəz Abuzərli (80 kq) qitə birinciliyini gümüş medalla başa vurub.
K-44 kateqoriyasında mübarizə aparan Abuzərli finalda Jeonqhun Jooya (Koreya) məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Qeyd edək ki, bir gün öncə İmaməddin Xəlilov (70 kq) Avropa çempionu tituluna yiyələnib.
İdman.biz