Zeynalovdan gümüş medal

Xəbərlər
3 İyul 2024 10:24
151
Zeynalovdan gümüş medal

Azərbaycan yığmasının paragüllə atıcımız Kamran Zeynalov növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb.

O, Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində uğurla çıxış edib. Zeynalov 10 metr məsafədən atəş açma yarışında fərqlənib. 561 xal toplayan təmsilçimiz gümüş medal qazanıb.

Qeyd edək ki, Kamran Paris-2024 Paralimpiya Oyunlarına lisenziyanı ötən il Peruda keçirilən dünya çempionatında əldə edib.

İdman.biz