2 parataekvondoçumuz Cənubi Koreyada qızıl medal qazanıb

Xəbərlər
5 İyul 2024 14:32
250
2 parataekvondoçumuz Cənubi Koreyada qızıl medal qazanıb

Azərbaycan parataekvondoçuları Çxunçxon şəhərində keçirilən Cənubi Koreyanın açıq çempionatında 2 qızıl medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmamızın heyətində Sabir Zeynalov və İmaməddin Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

58 kq-da çıxış edən Zeynalov 1/4 finalda braziliyalı, yarımfinalda isə cənubi koreyalı rəqibini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. O, finalda özbəkistanlı rəqibinə də qalib gələrək turnirinin qızıl medalına yiyələnib.

Paris-2024-ün lisenziyaçısı İmaməddin Xəlilov (70 kq) 1/8 finalda qazaxıstanlı, 1/4 finalda və yarımfinalda özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Təmsilçimizin finaldakı meksikalı rəqibi zədə səbəbindən döyüşə çıxmayıb və o da qızıl medala sahib olub.

İdman.biz

Məqalədə: