Uqandada iki gümüş medal - FOTO

Xəbərlər
8 İyul 2024 12:54
556
Uqandada iki gümüş medal - FOTO

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada keçirilən beynəlxalq turnirdə iki gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, dünya reytinqində 14-cü olan, Avropada isə "Top-5"də qərarlaşan təmsilçimiz fərdi yarışda A qrupunun qalibi olub.

1/4 və yarımfinal görüşlərində də qələbə qazanan İbrahim finalda hindistanlı Jatin Azada 0:2 (14:21,16:21) hesabı ilə uduzub.

Parabadmintonçumuz kişi cütlərin mübarizəsində də qızıl medalın bir addımlığında məğlub olub. Qrupda 2 qələbə qazanaraq yarımfinala yüksələn İbrahim Əliyev və Karan Paneer (Hindistan) cütü Hindistan təmsilçilərinə üç setdə qalib gəlib. Onlar həlledici qarşılaşmada Jatin Azad - Abhijeet Sakhuja (Hindistan) cütünə uduzub – 1:2 (17:21, 21:18, 10:21).

Qeyd edək ki, İbrahim Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl üçüncü il mükafatçılar sırasında yer alıb. 2022-də fərdidə bürünc, 2023-də fərdidə bürünc, cütdə isə gümüş medal qazanıb.

İdman.biz

Məqalədə: