"İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hisləri yenidən yaşamaq çox xoşdur”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin paraatleti Rüfət Rəfiyev deyib.
Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan təmsilçimiz Fransadakı məqsədini açıqlayıb: “Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam".
Qeyd edək ki, paratatletə lisenziya Dünya Atletika Federasiyası tərəfindən nəticələrinə görə verilib.
İdman.biz