Sona Ağayeva Dünya kubokunda gümüş medal qazanıb

Xəbərlər
13 İyul 2024 16:27
167
Sona Ağayeva Dünya kubokunda gümüş medal qazanıb

Azərbaycan millisinin bocciaçısı Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya kubokunda çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, həmyerlimiz yarışı gümüş medalla bitirib.

BC2 kateqoriyasında mübarizə aparan Ağayeva qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb. Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran milli üzvü finalda portuqaliyalıya məğlub olub və ikinci yeri tutub.

İdman.biz