"Paris Paralimpiadasında iştirak hüququ qazandığım üçün çox sevincliyəm”.
İdman.biz xəbər verir ki, bunu pauerliftinq üzrə Azərbaycan milli komandamızın üzvü Ceyhun Mahmudovun deyib.
Paris-2024 Paralimpiya Oyunlarına lisenziya əldə edən təmsilçimiz Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib: “Öz ölkəni ən mötəbər idman yarışında təmsil etmək hər idmançıya nəsib olmur. Bu, karyeramın ən böyük uğurudur. Məşqlərimi yüksək səviyyədə davam etdirirəm. Məqsədim Vətənə medalla qayıtmaqdır".
Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsi Mahmudova iştirak lisenziyası (“bipartite”) verib.
İdman.biz