Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazana bilməyib

Xəbərlər
2 Sentyabr 2024 13:08
305
Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazana bilməyib

Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycanın paraüzgüçüsü Raman Saley finala yüksələ bilməyib.

O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb. S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.

İdman.biz