Paris-2024: Raman Saley bürünc qazanıb - FOTO

Xəbərlər
4 Sentyabr 2024 19:52
843
Paris-2024: Raman Saley bürünc qazanıb - FOTO

Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında növbəti növdə qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançımız 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında uğurlu nəticə əldə edib.

Paraüzgüçümüz Raman Salei 53.65 saniyəlik nəticə ilə bürünc medal qazanıb

Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında Paris Paralimpiadasının gümüş medalını qazanıb.

İdman.biz