İspan mediası Lamiyə Vəliyevanın uğurundan yazıb

Xəbərlər
4 Sentyabr 2024 15:00
1 969
İspan mediası Lamiyə Vəliyevanın uğurundan yazıb

“Gözdən əlil sprinter həvəslə və yorulmadan qaçırdı”.

İdman.biz xəbər verir ki, bunu İspaniyanın qadın idmanından yazan visibitas.com saytı Lamiyə Vəliyevanın Paris-2024 Paralimpiya Oyunlarında qazandığı uğurundan bəhs edərkən vurğulayıb.

Əcnəbi xəbər portalı azərbaycanlı idmançının Parisdəki çıxışını yüksək səviyyədə təsvir edib: "Vəliyeva Paralimpiya Oyunlarının finalında qızıl medal qazandı. O, həmçinin, Tokio-2020 çempionu ispaniyalı Adiaratu İqlesiası hər cəhətdən qabaqladı. Adiartu finiş xəttində yeni Paralimpiya çempionunu qucaqladı".

İdman.biz