Paris-2024: Lamiyə Vəliyeva FİNALDA

Xəbərlər
5 Sentyabr 2024 23:45
1 122
Paris-2024: Lamiyə Vəliyeva FİNALDA

Paris-2024-də T13 kateqoriyasında 100 m məsafəyə qaçış üzrə dünya rekordunu (11.76) yeniləyərək qızıl medal qazanan paraatletimiz Lamiyə Vəliyeva bu gün növbəti məsafədə mübarizə aparıb.

İdman.biz xəbər verir ki, idmançımız bu dəfə Tokio-2020 paralimpiya oyunlarında qızıl medal əldə etdiyi 400 m məsafədə özünü sınayıb.

Təmsilçimiz 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub. Bu növ üzrə final mərhələsi sentyabrın 7-də baş tutacaq.

Qeyd edək ki, paralimpiyaçılarımız Paris-2024-də 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.

İdman.biz