Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc qazanıb - 7-ci medal - FOTO

Xəbərlər
5 Sentyabr 2024 21:17
621
Paris-2024: Azərbaycan paraüzgüçüsü bürünc qazanıb - 7-ci medal - FOTO

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finalda mübarizə aparıb.

İdman.biz xəbər verir ki, B13 kateqoriyasında mübarizə aparan paralimpiyaçı 100 metr məsafəyə brass üsulu ilə yarışıb.

Vəli İsrafilov 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Paralimpiadasında 3 qızıl, 1 gümüş, 3 bürünc qazanıb.

İdman.biz