Paris-2024: Vəliyeva və Aslanov növbəti medalları hədəfləyib

Xəbərlər
7 Sentyabr 2024 09:22
298
Paris-2024: Vəliyeva və Aslanov növbəti medalları hədəfləyib

Bu gün Paris-2024-də paraatletlərimiz final mərhələsində çıxış edəcəklər.

İdman.biz xəbər verir ki, Lamiyə Vəliyeva və Orxan Aslanov medal uğrunda yarışacaq.

Lamiyə T13 kateqoriyasında 400 m məsafəyə qaçışda növbəti qızıl medalı qazanmaq arzusundadır. O, bu növdə təsnifat mərhələsində 56,51 saniyəlik nəticə ilə 2-ci olub. Final ötüşməsi Bakı vaxtı ilə saat 12:21-də başlayacaq.
Aslanov isə T13 kateqoriyasında uzunluğa tullanma növündə gücünü sınayacağ. Orxan çıxışına saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan idmançılarından İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva, Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.

İdman.biz