Birinci vitse-prezident Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik edib

Xəbərlər
7 Sentyabr 2024 13:29
132
Birinci vitse-prezident Mehriban Əliyeva Lamiyə Vəliyevanı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu Lamiyə Vəliyeva ilə bağlı paylaşım edib.

İdman.biz paylaşımı təqdim edir:

"Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!".