Birinci vitse-prezident Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Xəbərlər
7 Sentyabr 2024 14:45
126
Birinci vitse-prezident Mehriban Əliyeva Orxan Aslanovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının çempionu OrxanAslanov ilə bağlı paylaşım edib.

İdman.biz paylaşımı təqdim edir:

“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”