Paris-2024: Çin ardıcıl 6-cı dəfə Paralimpiya Oyunlarının qalibi olub

Xəbərlər
7 Sentyabr 2024 17:10
167
Paris-2024: Çin ardıcıl 6-cı dəfə Paralimpiya Oyunlarının qalibi olub

Çin komandası Parisdə keçirilən Paralimpiya Oyunlarında medal sıralamasında erkən qələbəsini təmin edib.

İdman.biz xəbər verir ki, Çin idmançıları 86 qızıl, 65 gümüş və 45 bürünc olmaqla, 196 medal qazanıblar.

İkinci yeri 45 qızıl, 36 gümüş və 26 bürünc (ümumi - 107) medalla Böyük Britaniya komandası tutur. Britaniyalı idmançılar medal sıralamasında Çin komandasına qalib gəlmək üçün riyazi şanslarını itiriblər.

Çin ardıcıl altıncı dəfə Paralimpiya Oyunlarının qalibi olub. Çin idmançıları daha əvvəl 2004, 2008, 2012, 2016 və 2021-ci illərdə Oyunların qalibi adını qazanıblar. Son Paralimpiya Oyunlarında çinlilər 96 qızıl, 60 gümüş və 51 bürünc medal əldə ediblər.

Qeyd edək ki, medal sıralamasında Azərbaycan hazırda 4 qızıl, 2 gümüş və 3 bürünclə 28-ci pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: