“Şöhrət” ordenli paralimpiya çempionu: “Etimadı doğrultmaq üçün çalışacağıq”

Xəbərlər
11 Sentyabr 2024 14:01
356
“Şöhrət” ordenli paralimpiya çempionu: “Etimadı doğrultmaq üçün çalışacağıq”

“Çox sevinirəm ki, öz vətənimi və xalqımı bu cür təmsil etdim”.

Bunu İdman.bizə Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının qızıl medal mükafatçısı Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasına münasibət bildirib. Vəliyevanın sözlərinə görə, dövlət başçısı daima idman və idmançılara yüksək səviyyədə diqqət və qayğı göstərir: “Biz idmançılar da bu etimadı doğrultmaq üçün çalışırıq və çalışacağıq. Çox xoşbəxtəm ki, “Şöhrət” ordeninə layiq görüldüm. Bu, bizdə böyük bir stimul yaradır. Hər şeyə görə cənab Prezidentimizə minnətdarıq”.

O, vurğulayıb ki, bundan sonra da yarışlarda dövlət bayrağımızın yüksəklərdə dalğalanması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Lamiyə Vəliyeva Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə çempion olub. O, 400 m məsafədə isə gümüş medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz