Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib - FOTO

Xəbərlər
14 Sentyabr 2024 12:31
112
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib - FOTO

Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra ilk rəsmi səfərini ölkəmizə edib.

İdman.biz xəbər verir ki, qonaq səfər çərçivəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib.

İdman.biz

Məqalədə: