Raymon Blondel Milli Paralimpiya Komitəsində olub - FOTO

Xəbərlər
14 Sentyabr 2024 15:26
53
Raymon Blondel Milli Paralimpiya Komitəsində olub - FOTO

Ölkəmizdə səfərdə olan Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel ilə Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında görüş keçirilib.

İdman.biz xəbər verir ki, Blondel ölkəmizə dəvətə görə Milli Paralimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycan milli komandasının Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı nəticə münasibətilə təbrik edib.

Görüşdə ölkəmizdə Paralimpiya hərəkatının inkişaf perspektivləri, Avropa Paralimpiya Komitəsi ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İdman.biz

Məqalədə: