YENİ LAYİHƏ - İdman.biz ARB24 kanalı ilə əməkdaşlığa başlayıb – VİDEO

Xəbərlər
14 Oktyabr 2024 14:26
250
YENİ LAYİHƏ - İdman.biz ARB24 kanalı ilə əməkdaşlığa başlayıb – VİDEO

İdman.biz saytı ölkənin nüfuzlu xəbər kanalı olan ARB24 televiziya kanalı ilə əməkdaşlığa başlayıb.

İdman.biz TV-nin hazırladığı “İdman Bizdə” proqramı hər həftənin bazar günü saat 13:40-da ARB24 kanalında yayımlanacaq.

Yeni layihə Azərbaycan idmanının bütün növlərinin təbliğinə, dövlətimizin idman siyasətinə, idmançılarımızın yarışlarda qazandığı qələbələrə və onların şəxsi həyatlarına həsr olunacaq. Həmçinin, tezliklə ARB24-ün studiyası ilə İdmanbiz TV-nin studiyası arasında canlı telekörpülərin, debatların həyata keçirilməsi də planlaşdırılır.

Əməkdaşımız Aytac Sahədin təqdimatında hazırlanan verilişin budəfəki bölümünün qonağı Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov olub.

Verilişin ARB24 kanalında yayımlanan videovariantını təqdim edirik.

İdman.biz