Xəlilov ilin ən yaxşı parataekvondoçusu seçilib

Xəbərlər
4 Fevral 2025 16:03
55
Xəlilov ilin ən yaxşı parataekvondoçusu seçilib

Azərbaycan millisinin parataekvondoçusu İmaməddin Xəlilov növbəti dəfə fərqlənib.

İdman.biz xəbər verir ki, Paralimpiya çempionu “İlin ən yaxşı parataekvondoçusu” nominasiyasının qalib olub.

O, “mundotaekwondo.com” saytının sorğusunda səs çoxluğu ilə bütün rəqiblərini qabaqlayıb. 2011-ci ildə təsis edilən bu portal taekvondo üzrə ixtisaslaşıb.

Qeyd edək ki, Xəlilov Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İdman.biz