Polad Rzayev debütdə həlledici mərhələdə - beynəlxalq turnirdə - YENİLƏNİB

Xəbərlər
15 Mart 2025 16:57
55
Polad Rzayev debütdə həlledici mərhələdə - beynəlxalq turnirdə - YENİLƏNİB

Azərbaycan para-dağ xizəkçisi Polad Rzayev beynəlxalq arenada debüt edib.

İdman.biz xəbər verir ki, onun ilk yarışı Avstriyanın Yertsens şəhərində rəsmiləşib.

LW3 kateqoriyası üzrə mübarizə aparacaq paralimpiyaçı ilkin mərhələdə 1:40.19 dəqiqəlik nəticə ilə həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, ilkin mərhələdə 28 para-dağ xizəkçisindən 17-si əsas mərhələdə çıxış edəcək.

***

15:57

Azərbaycan para-dağ xizəkçisi Polad Rzayev Avstriyanın Yertsens şəhərində keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.

İdman.biz xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparacaq paralimpiyaçı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.

Bu gün keçiriləcək yarış Milano Kortina-2026 Qış Paralimpiya Oyunlarına reytinq xalları verəcək.

İdman.biz