Azərbaycan paralimpiyaçısı Fransada finala yüksəlib

Xəbərlər
4 Aprel 2025 17:27
46
Azərbaycan paralimpiyaçısı Fransada finala yüksəlib

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində finala yüksəlib.

İdman.biz xəbər verir ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıb.

Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirinin həlledici mərhələsində çıxış edib.

İdman.biz

Məqalədə: