Gimnaziada: 2 parabadmintonçumuz qızıl medal qazanıb - FOTO

Xəbərlər
7 Aprel 2025 17:13
83
Gimnaziada: 2 parabadmintonçumuz qızıl medal qazanıb - FOTO

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton yarışlarına start verilib.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Ujiçe şəhərində keçirilən yarışda Azərbaycan paralimpiyaçıları Zəhra Salmanlı və Əli Məhərrəmov fəxri kürsüyə yüksəliblər.

Salmanlı startda komanda yoldaşı İlkin Bağırzadə ilə qarşılaşıb və qalib gəlib – 2:0 (21:6, 21:12). O, ardınca braziliyalı rəqibini də 2:0 (21:8,21:16) hesabı ilə məğlub edərək finala yüksəlib. Zəhra həlledici görüşdə beninli idmançıya 2:0 (21:5, 21:5) hesabı ilə qalib gələrək, qızıl medal qazanıb.

Məhərrəmov isə ilk mərhələdə Benin (2:0 (21:7:21:10)), ardınca braziliyalı idmançılara (2:0, (21:13,21:17)), (2:0, (21:18,21:15) qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, yarışda millmizin mükafat sayı 14-ə yüksəlib. Komandamız daha öncə 3 qızıl, 3 gümüş və 6 bürünc medal əldə edib.

İdman.biz