Gimnaziada: Yığmamızdan daha bir medal

Xəbərlər
10 Aprel 2025 20:05
64
Gimnaziada: Yığmamızdan daha bir medal

Azərbaycan millisi Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, paraüzgüçümüz Səlim Məmmədov (S12) fəxri kürsüyə yüksəlib.

O, 200 m kompleks (qarışıq) yarışda finişə 3:10.69 dəqiqəyə çataraq bürünc medal qazanıb.

Qeyd edək ki, bununla da yığmamızın medal sayı 54-ə yüksəlib.

İdman.biz