Gimnaziada: Parabadmintonçularımız fəxri kürsüdə - FOTO

Xəbərlər
11 Aprel 2025 20:22
43
Gimnaziada: Parabadmintonçularımız fəxri kürsüdə - FOTO

Azərbaycan millisi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında daha bir medal qazanıb.

İdman.biz-in Oyunlara ezam olunmuş əməkdaşı xəbər verir ki, parabadmintonçularımız qarışıq komanda yarışında fərqləniblər.

Ayan Əliyeva, Əli Məhərrəmov, Nigar Mehdiyeva, Zəhra Salmanlı və İlkin Bağırzadədən ibarət millimiz çıxışını gümüş medalla başa vurub.

Qeyd edək ki, Oyunlara sabah yekun vurulacaq.

İdman.biz