Aprelin 25-də Çinin Tayyuan şəhərində parataekvondo üzrə Prezident kuboku keçiriləcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarəzə aparacaq.
Turnirdə parataekvondoçularımızdan dayanq üzərinə K44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) çıxacaqlar.
Qeyd edək ki, yarış dünya reytinqi üçün xal verəcək.
İdman.biz