“Napoli”nin prezidenti Aurelio De Laurentis məhkəmə qarşısına çıxacaq.
İdman.biiz xəbər verir ki, o, Viktor Osimhenin transferi zamanı yalnış hesabatlar təqdim edib.
2020-ci ilin yayında “Lill”dən alınan nigeriyalı hücumçu üçün 70 milyon avro üstəgəl 10 milyon bonuslar ödənilib. Roma prokuraturası bununla bağlı araşdırma aparıb. Araşdırma zamanı ödəniş əməliyyatı zamanı “Napoli” akademiyası futbolçularının qiymətlərinin saxta şəkildə yüksəldilməsi göstərilib. Nəticədə Covanni Palmeri (7 milyon), Orestis Karnezis (4,8 milyon), Klaudio Manzi (4 milyon) və Luka Liquori (4 milyon) kimi futbolçuların öz qiymətindən baha Fransa klubuna satışı qeydə alınıb.
Qeyd edək ki, bu oyunçuların heç biri “Renn”də çıxış etməyiblər və icarə əsasında İtaliya aşağı liqalarında oynayıblar.
İdman.biz