Paris-2024 Yay Olimpiya Oyunlarının açılışını izləyəcək tamaşaçıların sayı növbəti dəfə azaldılıb.
İdman.biz xəbər verir ki, bu barədə Fransa Daxili İşlər naziri Jerald Damanen məlumat verib.
İyulun 26-da Fransa paytaxtında baş tutacaq açılış mərasimini təxminən 300 min tamaşaçının izləməsi gözlənilir. Nazir bu barədə danışıb: “Biz Sena çayının aşağı sahilindəki tribunalarda 100 min azarkeşin olmasını gözləyirik. Təxminən 220 min tamaşaçı isə Senanın yuxarı sahilində yerləşəcək”.
Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək davam edəcək Olimpiadanın açılışını əvvəlcə 600 min azarkeşin izləyəcəyi qeyd edilmişdi. Sonradan bu rəqəm 400, indi isə 300 minə endirilib.
İdman.biz