Fərid Qayıbov Paris-2024-ə hazırlığı dəyərləndirib

Xəbərlər
21 Fevral 2024 16:12
254
Fərid Qayıbov Paris-2024-ə hazırlığı dəyərləndirib

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov federasiyaların Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığını qiymətləndirib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimindən sonra İdman.bizə açıqlama verən nazir bütün idman qurumlarının hazırlığı davam etdirdiyini açıqlayıb.

Qayıbov Olimpiada şansını itirən velosipedçilərdən başqa digər idmançıların uğur üçün çalışdığını bildirib: “Bütün federasiyalar çalışırlar. Bizim artıq şansımız olmayan yeganə idman növü velosiped idmanıdır. Amma digər növlərdə idmançılarımız hazırlaşırlar, yarışlara gedirlər, lisenziya xalları qazanırlar. Bəzi idman növlərində yalnız bir yarış olacaq. Həmin turnirə hazırlaşırlar. Bütün idmançılarımıza uğurlar arzu edirəm”.

Nazir 5 mart Bədən Tərbiyəsi və İdman Günü haqda da fikirlərini bildirib: “İdman günü yaxınlaşır. Martın 5-də idman günüdür. İdman həftəsi elan olunacaq. Müxtəlif tədbirlər olacaq. Hamınızı yenə də idmana dəvət edirəm”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.

İdman.biz