Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.
İdman.biz xəbər verir ki, akademik avarçəkmənimiz Diana Dımçenko bu uğura Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
Dımçenko 2000 m məsafəyə yürüşdə 2-ci yeri tutub. Bununla da Azərbaycan milli komandasının lisenziya sayı 18-ə yüksəlib.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar
Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası
Güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomodov (86 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşim Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
İdman.biz