Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.
İdman.biz xəbər verir ki, bu uğura kamandan oxatan Yaylagül Ramazanova imza atıb.
O, Türkiyənin Antalya şəhərində keçirilən kamandan oxatma üzrə dünya təsnifat turnirində ilk "səkkizlik"də yer almaqla bu hüquqa yiyələnib.
Bununla da Azərbaycan milli komandasının 15 idman növündə lisenziya qazanan idmançılarının sayı 37-yə yüksəlib.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Batut gimnastikası
Selcan Maqsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo
Qaşım Maqomedov (58 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)
Kamandan oxatma
Yaylagül Ramazanova
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-də start götürəcək.
İdman.biz