Atçılıq üzrə Avstraliya millisinin Paris-2024 üçün heyətinin açıqlanması böyük əks-səda doğurub.
İdman.biz xəbər verir ki, əfsanəvi Ednryu Hoy Fransa paytaxtına gedəcək heyətdən kənarda qalıb.
65 yaşlı “qoca” özünün 9-cu Olimpiadasına qatılmaq imkanından məhrum olub. Los-Anceles-1984-də ilk dəfə olimpiya həyəcanı yaşayan Hoy son 40 ildə yalnız Pekin-2008 və Rio-2016-nı buraxıb. 8 dəfə multi-idman tədbirinə qatılan jokey bu göstəricidə Avstraliya rekordçusudur. Heyətdən kənar qalmasına üzülən Hoy instaqram paylaşımında “Kitab hələ bağlanmayıb” yazmaqla növbəti Olimpiada arzusuna eyham vurub.
Qeyd edək ki, avstraliyalı jokey Olimpiadalarda 3 qızıl, 2 gümüş və 1 bürünc əldə edib.
İdman.biz