Gənclər və İdman Nazirliyi Parisdə XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya Komandasının bayraqdarlarını açıqlayıb.
İdman.biz xəbər verir ki, iyulun 26-da Bakı vaxtı ilə saat 21:30-da başlanacaq Olimpiadanın açılış mərasimində üçrəngli bayrağımızı boksçumuz Məhəmməd Abdullayev və cüdoçumuz Gültac Məmmədəliyeva daşıyacaqlar.
Avqustun 11-dək keçiriləcək Oyunlarda 48 idmançımız 15 idman növü üzrə 17 proqramda mübarizə aparacaq.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, Paris-2024-də gender bərabərliyi nəzərə alınacaq və hər ölkənin 2 bayraqdarı olacaq.
İdman.biz