Fərid Qayıbov: “Bütün ölkə möhtəşəm idman yarışında sizinlə olacaq” - VİDEO

Xəbərlər
17 İyul 2024 19:56
239
Fərid Qayıbov: “Bütün ölkə möhtəşəm idman yarışında sizinlə olacaq” - VİDEO

“Azərbaycanın Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxış edəcəyinə inanıram. Bu, ölkəmizin ərazi bütovlüyünü tam bərpa etdikdən sonra iştirak etdiyi ilk Oyunlar olacaq”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Milli Gimnastika Arenasında təşkil olunan olimpiyaçıların yolasalma mərasimində deyib.

Nazır idmançılara uğurlar arzulayıb: "Olimpiadaya hazırlıq üçün kifayət qədər vaxtımız olmayıb. Parisdə 48 idmançı ilə təmsil olunacağıq ki, bunun 20-si qadınlardır. İlk dəfə batutda, basketbol 3x3 növlərində çıxış edəcəyik. Bilirsiniz ki, bütün ölkə möhtəşəm idman yarışında sizinlə olacaq. Azərbaycan Gənclər və İdman Nazirliyi, idman federasiyaları həmisə sizlərə dəstək verib. Hamıya yaxşı məlumdur ki, ölkə başçısı cənab İlham Əliyev daima idmançılara öz diqqət və qayğısını göstərib. Biz sizə inanır, Olimpiadada uğurlu çıxış edəcəyinizə ümid edirik”.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında 48 idmançımız 15 idman növü üzrə 17 proqramda ölkəmizi təmsil edəcək.

İdman.biz