Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib - FOTO - VİDEO

Xəbərlər
17 İyul 2024 20:32
1 232
Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib - FOTO - VİDEO

Milli Gimnastika Arenasında Azərbaycan Olimpiya komandasının formaları nümayiş etdirilib.

İdman.biz xəbər verir ki, geyimlər Belçikanın "Konkordiya" şirkəti tərəfindən hazırlanıb.

Xüsusi dizaynda hazırlanmış idman geyimlərində Azərbaycan atributları yer alıb. Formalar parad, sərbəst və məşq dəstlərindən ibarət olub.

Formaları Paris-2024 Olimpiadasında çıxış edəcək idmançılar nümayiş etdiriblər. Səhnədə Rafiq Hüseynov, Sənan Süleymanov, Uşanqi Kokauri, Selcan Mahsudova, Gültac Məmmədəliyeva kimi olimpiyaçılar yer alıblar.

İdman.biz