Güləş üzrə Azərbaycan milli komandaları Paris-2024 Yay Olimpiya Oyunlarının son hazırlıq prosesinə start verib.
İdman.biz xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcək.
Hər 3 komandamızın Olimpiya Oyunları hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Güləşçilərimiz avqustun 2-də Fransaya yollanacaq. Paris-2024-də güləş yarışı 5-11 avqustda keçiriləcək.
İdman.biz