Hokkeyçidən Paris-2024-də iştirak üçün AMPUTASİYA QƏRARI - FOTO

Xəbərlər
19 İyul 2024 13:05
467
Hokkeyçidən Paris-2024-də iştirak üçün AMPUTASİYA QƏRARI - FOTO

Avstraliyalı otüstü hokkeyçi Mett Dousonun Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməsi üçün əl barmağını amputasiya edilib.

İdman.biz xəbər verir ki, bu barədə Paris-2024-ün mətbuat xidməti məlumat yayıb.

Mettin sınıq barmağının Olimpiya oyunları yekunlaşanadək sağalacağı bildirilib. Lakin hokkeyçi Parisdə iştirak etmək üçün fədəkarlıq edib. O, zədələnmiş barmağının yuxarı hissəsini amputasiya etmək qərarına gəlib.

Douson bu qərarını belə açıqlayıb: “Mən plastik cərrahla məsləhətləşərək şüurlu bir qərar verdim. Bu, yalnız Olimpiadada iştirak məqsədilə deyil, həm də özüm üçün ən yaxşı seçim idi”.

Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

İdman.biz