Natalya Bulanova Olimpiadanın İşçi Qrupunda yer alıb

Xəbərlər
19 İyul 2024 14:42
305
Natalya Bulanova Olimpiadanın İşçi Qrupunda yer alıb

Paris-2024-də bədii gimnastika üzrə yarışların keçirilməsi üzrə İşçi Qrupun tərkibi açıqlanıb.

İdman.biz-in məlumatına görə, İşçi Qrupunun tərkibinə 21 rəsmi nümayəndə daxil edilib.

Onların arasında Beynəlxalq Federasiyanın Texniki Komitəsinin Azərbaycandan olan üzvü Natalya Bulanova da yer alıb.

Siyahıya Texniki Komitənin rəhbəri Noha Əbu Şabana (Misir) başçılıq edir.

Qeyd edək ki, gimnastların Olimpiya turniri avqustun 8-10-da baş tutacaq.

İdman.biz