Cüdoçumuz əfsanələrlə bir arada

Xəbərlər
20 İyul 2024 15:21
683
Cüdoçumuz əfsanələrlə bir arada

Azərbaycan millisinin Paris-2024 Yay Olimpiya Oyunlarındakı bayraqdarlarından biri olacaq Gültac Məmmədəliyeva açılış mərasimində bu vəzifəni yerinə yetirəcək yeganə xanım cüdoçu deyil.

İdman.biz xəbər verir ki, bu növdə əfsanə statusuna yüksələn bir neçə qadın idmançı da öz ölkəsinin bayrağını daşıyacaq.

Dəfələrlə dünya çempionu Barbara Matiç açılış mərasimində Xorvatiyanı təmsil edəcək. Olimpiadalarda bütün əyarlı medallara sahib kubalı Odaliq Ortis də bayraqdar olacaq. Nikarauqalı İsayana Marenko da eyni etimadı qazanıb.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək açılış mərasimində digər bayraqdarımız boksçu Məhəmməd Abdullayev olacaq.

İdman.biz