"Ən çox Rusiya və Belarusdan olan junralistlərə akkreditasiya verməkdən imtina etmişik".
İdman.biz xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jerald Damanen deyib.
O, bildirib ki, casusluq təhlükəsini əsas gətirərək, 100-ə yaxın müraciəti geri qaytarıblar: "Xarici dövlətlərin casusları və informatorları ola biləcəyi səbəbindən yüzə yaxın akkreditasiyanı rədd etmişik. Bunların arasında daha çox Rusiya və Belarusdan müraciət var. Siyahını açıqlamaq istəmirəm. Biz böyük sayda jurnalistin Olimpiadanı işıqlandırmasına icazə verməmişik".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-da start götürəcək.
İdman.biz