Zöhrə Ağamirova: “Olimpiadadan zövq almaq istəyirəm” - MÜSAHİBƏ

Müsahibə
22 İyul 2024 13:43
336
Zöhrə Ağamirova: “Olimpiadadan zövq almaq istəyirəm” - MÜSAHİBƏ

Azərbaycan gimnastı Zöhrə Ağamirova karyerasında ikinci Olimpiadadan gözləntilərini açıqlayıb.

İdman.biz xəbər verir ki, o, gimnastika geyimləri və əşyalarının istehsalı üzrə ixtisaslaşan İtaliyanın “Venturelli” brendinin suallarını cavablandırıb.

- Olimpiadaya hazırladığınız hərəkətlərin unikal texnikasını bölüşə bilərsizmi?
- İndi biz kompozisiyaların düzgünlüyünə və keyfiyyətinə diqqət yetiririk. Çalışıram ki, Parisdə pik formama çatım və öz maksimumu nümayiş etdirim.

- Yarışlar zamanı üzərinizdəki təzyiqin öhdəsindən necə gəlirsiz?
- Təzyiqin olması normal haldır. Saatlarla ona görə məşq edirik ki, ən yaxşı çıxışlarımızı nümayiş etdirək və proqramı inamla tamamlayaq. Olimpiadadan zövq almaq, uzun müddətdir üzərində çalışdığım kompozisiyaları göstərmək istəyirəm.

- Təkcə yarışı deyil, həm də Olimpiya kəndində yaşamağı nəzərə alsaq, Paris-2024-dən nə gözləyirsiz?
- Bütün idmançıları Olimpiya kəndində görəcəyimi gözləyirəm. Bu, unikal təcrübədir, digər növlərin nümayəndələri ilə ünsiyyət qurmaq imkanıdır. Bu, mənim üçün ikinci Olimpiadadır və onun ab-havasına qərq olmaq istəyirəm.

İdman.biz